DAXİLİ İŞLƏR NAZİRİ VƏ BAŞ PROKUROR MONİTORİNQ QRUPUNUN ÜZVLƏRİNİ QƏBUL ETMİŞLƏR
Daxili İşlər Nazirliyində keçən görüşdə Qeyri-Hökumət Təşkilatları Milli Forumunun prezidenti Azay Quliyev, hüquq müdafiəçiləri Çingiz Qənizadə, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Sahil Məmmədov iştirak etmişlər.
Monitorinq qrupunun üzvləri 15-16 oktyabr hadisələri ilə bağlı istintaqın gedişi ilə maraqlanmış, habelə təqsirli bilinərək həbs edilən bəzi şəxslərin azad edilməsi xahişi ilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmişlər.
Baş prokuror və daxili işlər naziri istintaqın obyektiv, ədalətli və qərəzsiz aparıldığını, artıq 72 nəfər haqqında 9 cinayət işinin tamamlanaraq məhkəməyə göndərildiyini, 3 cinayət işinin də yekunlaşma ərəfəsində olduğunu bildirmişlər.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]