DÇ-2022: daha iki komanda final mərhələsinə vəsiqə qazanıb
Bakı, 16 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.
C qrupunda doğma meydanda Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.
I qrupunda San-Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək üçün pley-off matçları oynamalıdır.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
C qrupu
Şimali İrlandiya - İtaliya - 0:0;
İsveçrə - Bolqarıstan - 4:0.
Qrupdakı vəziyyət: İsveçrə 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3.
F qrupu
İsrail - Farer Adaları - 3:2;
Şotlandiya - Danimarka - 2:0;
Avstriya - Moldova - 4:1.
Qrupdakı vəziyyət: Danimarka 27, Şotlandiya 23, İsrail - 16, Avstriya - 16, Farer Adaları - 4, Moldova - 1.
I qrupu
San-Marino - İngiltərə - 0:10;
Albaniya - Andorra - 1:0;
Polşa - Macarıstan - 1:2.
Qrupdakı vəziyyət: İngiltərə 26, Polşa 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San-Marino - 0.XM