DÇ-2022 seçmə mərhələsi: Xorvatiya millisi Rusiya yığmasını məğlub edib
Bakı, 14 noyabr, Nicat Məmmədov, AZƏRTAC
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun gününün 3 qarşılaşması artıq yekunlaşıb. Bu matçların hamısı H qrupunda baş tutub.
Qrupun əhəmiyyətli görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib. Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.
Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib, Sloveniya isə evdə Kipri üstələyib.
Qeyd edək ki, indiyədək Avropa zonasından Xorvatiya ilə yanaşı, Almaniya, Danimarka, Fransa və Belçika yığmaları da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]