DEKABRDA BBVB-DƏ VALYUTA HƏRRACLARININ HƏCMİ İL ƏRZİNDƏ ƏN ÇOX OLMUŞDUR
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladığı əqdlərin payına görə birja valyuta bazarının lider bankları sırasına Azərbaycan Beynəlxalq Bankı, “Azəriqazbank” səhmdar-sərmayə bankı, “Əmrahbank”, “Texnikabank” və “Rabitəbank” kommersiya bankları daxildirlər.
2003-cü ilin dekabrında BBVB-də ABŞ dolları üzrə hərraclarda cəmi 41 bank iştirak etmişdir. Ötən ay 22 ticarət sessiyası keçirilmiş və 261 əqd bağlanmışdır. Dekabrda birjanın ABŞ dolları üzrə valyuta bölməsində hərracların ümumi həcmi 586 milyard 926 milyon manat və ya 119,270 milyon ABŞ dolları qədər olmuşdur. Bu, 2003-cü ilin noyabrı ilə müqayisədə 2,4 dəfə çoxdur. Dekabr hərraclarının ümumi həcmindən BEST elektron sistemində bağlanmış əqdlərin payına 100,428 milyon dollar və ya 84,2 faiz düşür. AZM-in ABŞ dollarına nisbətən orta hesablanmış məzənnəsi dekabrda 1 USD üçün 4920,98 manat təşkil etdiyi halda, noyabrda 4913,87-yə bərabər olmuşdur.
Dekabrda BEST-də Rusiya rublu (RUR) və avro (AVR) üzrə hərracların həcmi 962 milyon manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]