Dekabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, gecə bəzi yerlərdə yağış yağacağı, səhər kəsiləcəyi, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-5° isti, gündüz 5-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli,Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında
havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-4° şaxta olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,Salyan, Neftçala rayonlarında
havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran,Astara rayonlarında
havanın yağıntılı olacağı, dağlarda sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti təşkil edəcəkdir.