Dekabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-6° isti, gündüz 6-11° isti olacaqdır.
Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam duman, çiskin olacaqdır.
Temperatur gecə 1-5 ° şaxta, gündüz 6-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi
-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və səhər duman, çiskin olacaqdır.
Temperatur gecə 1-5° isti, gündüz 6-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən şərq rayonlarında yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 4-7° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Səhər duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 6-110 isti, dağlarda gecə 3-80 şaxta, gündüz 2-5° isti təşkil edəcəkdir.