Dekabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 3-5° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 80-85, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
gecə və axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 4-7° şaxta, gündüz 0-5° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 3-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 16-dan 18-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.