Dekabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi ərazilərdə çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 4-7°, gündüz 8-13° isti olacaqdır.
Bakıda gecə 5-7°, gündüz 11-13° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
havanın gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, qıraq şərq rayonlarında isə çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır.
Temperatur gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 3-6°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacaqdır.