Dekabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 11-13° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 70 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, şərq rayonlarında isə çiskinli olacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4° -dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 3-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir.