Dekabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
dekabrın 18-dən 19-na keçən gecə havanın bəzi yerlərdə çiskinli, səhər və gündüz isə dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-7°, gündüz 9-13° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 10-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 2° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 7-11° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 5-8 şaxta, gündüz 0-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir.
Temperatur gecə 2 şaxtadan 3-dək isti, gündüz 8-12° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gündüz isə əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-8° isti olacağı gözlənilir.