Dekabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaqdır. Gün ərzində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Axşam havanın tutulacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 6-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-4° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 2-5° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdam, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 25-i gündüz və 26-da rütubətli, küləkli hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.