Dekabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaqdır. Gecəyə doğru az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 3-6°, gündüz 6-11° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 8-10° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 761 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir
Temperaturun gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
hava əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman, çiskin olacaq, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-6° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək , gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 2-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11° şaxta olacağı gözlənilir .
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman, çiskin olacaqdır.
Temperatur gecə 0-5° , gündüz 6-11° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər saatlarında duman, çiskin olacaqdır.
Temperaturun gecə gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-7° isti olacağı gözlənilir