Dəmir yolunun təhkim zolağında ağacəkmə kampaniyası keçirilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). “Ekologiya ili” çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Baş Sumqayıt-Güzdək mənzilinin 2622-ci kilometrində növbəti ağacəkmə kampaniyası keçirmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar dəmiryolçular tərəfindən 2 min həmişəyaşıl ağac əkilmişdir.
Ümumilikdə, yaz və payız əkin mövsümlərində 40 mindən artıq ağac əkilmiş və ilin sonunadək bu rəqəmin 50 minə çatdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda, “Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinə yekun vurulmuş, ilk üç yerin qalibləri mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]