Dendrologiya İnstitutunda yeni növ bitkilər becərilir
Bakı, 23 iyun, AZƏRTAC
AMEA Dendrologiya İnstitutunda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə bağın kolleksiya sahələrinə xaricdən mübadilə yolu ilə gətirilən və mədəni şəratidə becərilən növlərin assortiment sayının artırılması, onların genefondunun təyin edilməsi və introduksiya arelaının genişləndirilməsi üzrə elmi-tədqiqat işləri aparılır.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Abşeron torpaq-iqlim şəraitinə davamlı, dekorativ və uzunömürlü ağac və kol bitkilərinin seçilməsinin böyük əhəmiyyətini nəzərə alaraq, Dağıstan Botanika Bağı, Tallin Botanika Bağı, Latviya Botanika İnstitutu və ölkələrdən yeni bitki növləri toxumları mübadilə yolu ilə əldə edilib. Toxumlar institutun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasında xüsusi sahələrə əkilib..
Laboratoriyasının böyük elmi işçisi Aynur Hüseynova qeyd edib ki, əldə olunan yeni bitki növlərindən Abşeronda, eləcədə park və bağ zonalarında ağac və kol introdusentlərinin yaşıllaşdırma işləri üzrə istifadə prespektivliyini öyrənmək məqsədilə istifadəsi nəzərdə tutulur.
Bitki növlərinin toxumlarından alınan cücərtilər üzərində hazırda müşahidələr aparılır. Bu bitki növlərinin də Abşeronun yaşıllaşdırılmasında torpaq iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi məqsədəuyğun hesab olunur.