“Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə naviqasiya üzrə zəruri planlaşdırma fəaliyyətləri icra olunub
Bakı, 21 iyul, AZƏRTAC
Beynəlxalq Ordu Oyunları çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsində zəruri planlaşdırma fəaliyyətləri icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı dəniz poliqonlarının müəyyənləşdirilməsi, ərazinin naviqasiya avadanlığı vasitələri ilə təchizatı, müsabiqə keçiriləcək dəniz rayonlarında və akvatoriyalarda gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks tədbirlər yerinə yetirilib.