Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Ermənistan mütləq “B” də deməli olacaq

Deputat: Ermənistan mütləq “B” də deməli olacaq

Bakı, 19 aprel, AZƏRTAC

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan rayonlarına səfər etdilər. Bu səfər bir neçə məqam üzərində xüsusi dayanmağa və onları dəyərləndirməyə imkan verir. 44 günlük Vətən müharibəsindən sonra Prezidentin və Birinci xanımın ölkəmizin bölgələrinə səfərləri arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üstünlük təşkil edir. Bu da təbiidir. Çünki üç onillik ərzində Qarabağ həsrəti və Qarabağa qayıtmaq arzusu ilə yaşamışıq. Amma ermənilər işğal dövründə torpaqlarımızda elə vəhşilik edib, elə dağıntılar törədiblər ki, şəhər və kəndlərimizin mütləq əksəriyyətini indi sıfırdan qururuq. 30 il boyunca dədə-baba yurdlarının həsrəti ilə mənəvi iztirablar içində yaşayan keçmiş məcburi köçkünlərin öz doğma obalarına tez bir zamanda qayıtmaq istəyi isə həm təbii, həm də qürurvericidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib: “Ermənistan və hamiləri bu illər ərzində elə düşünürdülər ki, 2020-ci ilə qədərki status-kvonun ömrünü uzatmaqla tarixi torpaqlarımızı biz azərbaycanlılara, ilk növbədə, məcburi köçkünlərə unutdura biləcəklər. Amma onların bir çox başqa məkrli planları kimi, bu iyrənc gözləntiləri də baş tutmadı. Heç bir məhrumiyyət, 30 il ərzində doğma torpaqlarımızdan fiziki olaraq ayrı düşməyimiz belə, Qarababağı işğaldan azad edəcəyimizə və geri qayıdıb orada yenidən yaşayacağımıza olan inamımızı qıra bilmədi. Çeşidli təhdid və təzyiq cəhdlərinə, bəzi xarici dairələrin açıq və gizli maneələrinə baxmayaraq, Prezident İlham Əliyev Qarabağı düşmən tapdağından qurtarmağı özünün əsas vəzifəsi kimi qəbul etdi və tarixi missiyasını onun gerçəkləşdirilməsində gördü. Azərbaycan Prezidenti bu illər ərzində mövqeyindən geri durmayacağını hər fürsətdə bədxahlarımıza, Ermənistana və onun havadarlarına açıq şəkildə nümayiş etdirdi. 2020-ci ilin noyabrına qədər Prezident öz tarixi missiyasını “Qarabağ Azərbaycandır və nida“ bəyanatını şüardan reallığa çevirməkdə görürdüsə, indi onun əsas hədəfi Qarabağa Böyük Qayıdışı təmin etməkdən ibarətdir. İşğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri, onlara xərclənən milyardlarla vəsait xalqımızın ən böyük arzusunun gerçəkləşməsinə xidmət edir”.

Ü.Quliyevin sözlərinə görə, dağıntıların və Qarabağın minalarla çirkləndirilməsinin miqyası o qədər böyükdür ki, bərpa və quruculuq işləri düşündüyümüzdən də artıq zaman alır. Eyni zamanda, dövlətimiz bu mürəkkəb vəzifəni heç kimdən kömək gözləmədən, daxili imkanlarımız hesabına görür və buna rəğmən, digər regionlarımızın iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarını da diqqətdən kənarda qoymur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri həm də bu mənada xüsusi əhəmiyyət kəsb edir. 12 min 848 kvadratmetr sahəsi olan 770 tamaşaçı tutumlu Neftçala Olimpiya İdman Kompleksinin, 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, Neftçalanın üç yaşayış məntəqəsini əhatə edən 19 kilometr uzunluğunda Heftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışı bir daha təsdiq edir ki, regionların inkişafı ilə bağlı layihələr heç bir çətinliyə baxmadan, davamlı şəkildə icra olunmaqdadır. Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatı isə istər iqtisadi nöqteyi-nəzərdən, istərsə də yeni iş yerlərinin açılması baxımından yerli əhali üçün olduqca əhəmiyyətlidir. Prezident və Birinci xanım elə həmin gün Salyan rayonunda 80 çarpayılıq Mərkəzi Xəstəxananın Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Ən müasir tələblərə cavab verən bu xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binasından və digər tikililərdən ibarətdir. Xəstəxana əhaliyə ən yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsinə təminat verir. Dövlətimizin başçısı Salyan rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” mərkəzinin açılışını da etdi. Əsasən Salyan, Neftçala, Biləsuvar və Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək “ASAN xidmət” mərkəzi ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Bu səfərin nəticələri bir daha deməyə əsas verir ki, işğaldan azad olunmuş torpaqlarımızla yanaşı, digər regionların iqtisadi inkişafı ilə bağlı olan planlar da təxirə salınmadan icra edilir. Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində regionlara səfərlərinin digər mühüm bir cəhətinə də xüsusi diqqət yetirdi: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin”.

Azərbaycan Prezidentinin Neftçala və Salyan rayonlarına səfər etdiyi gün Ermənistan baş naziri N.Paşinyanın bir neçə bəyanat verdiyini, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirdiyini deyən deputat vurğulayıb ki, bu bəyanat, ilk baxışdan Ermənistan rəhbərliyinin haqq yoluna qayıtdığı təəssüratını yaratsa da, çox təəssüf, növbəti dəfə alayarımçıqlığı və ikibaşlı söz oyunu ilə diqqət çəkdi. Çünki N. Paşinyan bir tərəfdən bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Qarabağdakı etnik erməni azlığının hüquq və təhlükəsizliyinin qorunması məsələsində Bakı və Xankəndi arasında hansısa beynəlxalq missiyanın iştirak etməli olduğunu dilə gətirir. Başqa sözlə, onun birinci bəyanatı ilə ikinci absurd təklifi arasındakı kəskin ziddiyyəti və hiyləgər gedişi görməmək mümkün deyil. Paşinyan, faktiki olaraq, ölkəmizin öz əraziləri üzərindəki suveren haqlarını yenidən şübhə altına alır, erməni separatçılarının qondarma rejiminə beynəlxalq münasibətlərin subyekti statusunu qazandırmağa uğursuz da olsa, yenə cəhd edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi bu fikir həm Paşinyanın saxta sülhsevər mövqeyinə, həm də bunun arxasında dayanan hamilərinə ən tutarlı və ədalətli cavabdır: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır". Dövlətimizin başçısı Ermənistan baş nazirinin beynəlxalq missiya ilə bağlı təxribat xarakterli təşəbbüsünü də cavabsız qoymadı: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar... Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”.

Azərbaycan Prezidentinin beynəlxalq hüquqa söykənən və əlavə şərhə, fərqli təfsirlərə yer qoymayan bu bəyanatı, heç şübhəsiz, Ermənistan rəhbərliyi üçün o deməkdir ki, “A” deməyə necə məcbur olubsa, “B”-ni ifadə etməkdən də qaça bilməyəcək. Ola bilsin ki, hamilərinin göstərişi ilə bir müddət də vurnuxsun, amma sonda “B”-ni də deməyə məcbur olacaq. Çünki Azərbaycanın tələbi və istəyi beynəlxalq hüquqa, fundamental beynəlxalq prinsiplərə və tarixi ədalətə söykənir. Prezident İlham Əliyevin ağır atletika üzrə İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağının yandırılması ilə bağlı vandallıq aktına münasibəti də fərqli yozumlara yer qoymadı: “Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var... Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir... Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.

“Xalqımızın tarixi Zəfərimizdən güc alan növbəti böyük arzularının həyata keçirilməsində Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqeyinə əmin olduğuma görə artıq tam səmimi olaraq düşünürəm, gün gələcək və onu da görəcəyik ki, İrəvanın mərkəzində erməni əsilli vətəndaş sağ əlində Ermənistanın, sol əlində isə Azərbaycan Bayrağını tutub başı üzərinə qaldırır, Qərbi Azərbaycandan olan soydaşlarımızla bir yerdə irəliləyərək, işlərinə yarayan zamanlarda olduğu kimi, ən etibarlı və səmimi dostlarının məhz azərbaycanlılar olduğunu yenidən etiraf edir”, - deyən Ülvi Quliyev diqqətə çatdırıb ki, bunu əvvəlcə könüllü-məcburi şəkildə edəcəklər, daha sonra isə könüllü alışqanlıq səviyyəsində. Çünki Cənubi Qafqazda sülhün və dinc birgəyaşayışın alternativi yoxdur və olmamalıdır. Bu gün təhlükəsiz və müharibəsiz Cənubi Qafqaz həm də Orta Dəhliz kimi qlobal layihələri hədəfləyən geosiyasi güclərin marağındadır. Zəngəzur dəhlizi isə bu bağlantının ayrılmaz tərkib hissəsi və mühüm həlqələrindən biridir. Deməli, reinteqrasiya və dərin iqtisadi inteqrasiya prosesləri regionumuzda da qaçılmazdır. Prezident İlham Əliyev müsahibəsində xalqımıza, ilk növbədə, keçmiş məcburi köçkünlərə bu müjdəni də verdi: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq”.

“Gərək, bədxahlarımız da buna şübhə etməsinlər. Çünki artıq onlar da yaxşı bilirlər ki, Azərbaycan Prezidenti edə bildiyini söyləyən və söylədiyini mütləq edən liderlərdəndir”, - deyə deputat sonda vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar