Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Regionların inkişafı əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına zəmin yaradır

Deputat: Regionların inkişafı əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına zəmin yaradır

Bakı, 11 avqust, AZƏRTAC

Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsindən biri də regionlarının inkişafıdır. Bu sahədə qəbul edilən və həyata keçirilən dövlət proqramları üzrə vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan verir. Mütəmadi olaraq reallaşdırılan layihələr bölgələrdə sosial infrastrukturun təminatını, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını özündə ehtiva edir. Yeni müəssisələrin istifadəyə verilməsi ilə yeni iş yerləri açılır, əhalinin məşğulluğu təmin edilir. Bir sözlə, 2004-cü ildən etibarən uğurla icra olunan dövlət proqramları nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, regionların potensialı xeyli artıb, rentabellik yüksəlib.

Prezident İlham Əliyevin regionlara son səfəri bir daha göstərdi ki, hazırda böyük infrastruktur layihələrinin reallaşdırıldığı Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, bütün bölgələrimizin inkişafı dövlətimizin diqqət mərkəzində saxlanılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov səsləndirib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı çərçivəsində ötən müddətdə xeyli işlər görüldüyünü diqqətə çatdıran A.Məmmədov bildirib ki, dövlətimizin məqsədi hər şeydən əvvəl regionlarda yaşayan əhalinin məmnunluğunun artırılması, onların yaşayış səviyyəsinin yüksəldilməsidir.

“Dünya qlobal iqtisadi böhranla üzləşdiyi və işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparıldığı bir vaxtda Azərbaycan Prezidenti regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır. Dövlətimizin başçısı növbəti səfərində Bərdə, Qazax, Şəmkir və Samux rayonlarında oldu, bir sıra mühüm infrastruktur obyektlərinin açılışını etdi. Prezident İlham Əliyevin görülən işlərə birbaşa nəzarət etməsi əhalidə böyük ruh yüksəkliyi ilə qarşılanır.

Ölkəmizdə əhalinin sağlamlığının mühafizəsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə paytaxtla bərabər, regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi, idmanla məşğul olmaları üçün tibb müəssisələri, sanatoriyalar, idman bazaları istifadəyə verilir. Regionlarda açılan növbəti tibb müəssisəsi Samux Rayon Mərkəzi Xəstəxanası oldu. 2019-cu ildə inşa edilməyə başlayan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində lazımi şərait yaradılması, Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilməsi vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsinə yönəldilib”, - deyə A.Məmmədov vurğulayıb.

Deputatın sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının ən uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının artırılmasıdır.

Bölgələrdə iqtisadiyyatın liberallaşdırılması, investisiya qoyuluşunun həcminin artırılması sahibkarlığın inkişafına təkan verməklə bərabər, sərbəst bazar prinsiplərinin dərinləşdirilməsinə rəvac verir. Bu da milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisini artırır.

Qazax rayonunda “Venzana” mebel fabrikinin açılışının əhəmiyyətini qeyd edən A.Məmmədov deyib: “Yeni müəssisələr, fabrik və zavodlar insanların yeni iş yerləri ilə təmin olunması, məşğulluğun artırılmasına xidmət edir. Bu da vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində mühüm layihələrin reallaşdırıldığını sübuta yetirir”.

Deputat vurğulayıb ki, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, onların məmnunluğuna xidmət edən amillərdən biri də göstərilən kommunal və digər xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Ölkəmizdə fəaliyyət göstərən mərkəzlərin sırasına Qarabağ Regional DOST Mərkəzinin də əlavə olunduğunu diqqətə çatdıran A.Məmmədov əlavə edib: “Ölkə vətəndaşları DOST Mərkəzinin xidmətlərindən çox razıdırlar. Dövlətimiz 2025-ci ilədək mərkəzlərin sayını 17-yə, yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayını 55-ə çatdırmağı planlaşdırır. Bu, qürurvericidir. İnsanlar belə mərkəzlərin hesabına artıq vaxt itirmir, öz işlərini vaxtında həll edə bilirlər”.

Ən yüksək tələblərə cavab verən Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayonun daxil edildiyini bildirən Aqil Məmmədov Mərkəzin gün ərzində orta hesabla 650-700 vətəndaşı qəbul etmək imkanına malik olmasını yüksək dəyərləndirib.

“Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilən dövlət proqramları regionların davamlı inkişafına zəmin yaratmaqla bərabər, ölkə iqtisadiyyatında qeyr-neft sektorunun payının artmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına zəmin yaradır”, - deyə Aqil Məmmədov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır