DİM dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək namizədlərə müraciət edib
Bakı, 8 avqust, AZƏRTAC
İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə avqustun 13-də imtahan verəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytında linkə daxil olmaq lazımdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]
AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub
- 09.06.2026 [13:06]
Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
- 09.06.2026 [13:01]