SİYASƏT
Diplomatlar Qarabağdakı sərvətlərimizin qanunsuz istismarı barədə məlumatlandırılıb
Bakı, 15 dekabr, AZƏRTAC
Bugünkü görüşün məqsədi Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, diplomatik beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, o cümlədən hərbi attaşelərin bir qrup azərbaycanlı ekofəalın Laçın yolunda keçirdiyi aksiyanın əsas səbəbləri barədə məlumat verməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, diplomatlar aksiyadan əvvəl baş verən hadisələr, öz ərazilərimizdə təbii sərvətlərin qanunsuz talan edilməsi, ekoloji sahədə ölkəmizə vurulan ziyanın qarşısının alınması üçün Azərbaycanın dövlət orqanları tərəfindən təklif olunan monitorinq mexanizmi barədə də məlumatlandırılıb.