Donald Tramp ictimai çıxışlardan 12 milyon dollar qazanıb
Bakı, 14 iyul, AZƏRTAC
ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp prezident postunu tərk etdikdən sonra ictimai çıxışlardan 12 milyon dollardan çox qazanc əldə edib.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” qəzeti bu barədə sabiq prezidentin gəlirləri barədə yenilənmiş deklarasiyaya istinadla məlumat yayıb.
Donald Tramp prezident postunu tərk etdikdən sonra 15 ictimai tədbirdə iştirak edib. O, hər çıxışına görə 150 min dollardan 2,5 milyon dollaradək qazanc əldə edib. Onun həyat yoldaşı Melaniya Tramp da 2021-ci ildən bəri ictimai tədbirlərdəki çıxışlarına görə 1 milyon dollardan çox qonorar alıb.
Bundan başqa, ABŞ-ın sabiq lideri müxtəlif aktivlər vasitəsilə 13 milyon dollar qazanıb. Donald Trampın kurort zonalarında daşınmaz əmlakları və qolf meydançaları da daxil olmaqla, aktivlərinin ümumi dəyəri azı 1,5 milyard dollar həcmində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [23:04]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]