Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARI MƏTBUAT ÜÇÜN BƏYANATLARLA ÇIXIŞ ETMİŞLƏR

DÖVLƏT BAŞÇILARI MƏTBUAT ÜÇÜN BƏYANATLARLA ÇIXIŞ ETMİŞLƏR

Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da sənədlərin imzalanması mərasimi başa çatandan sonra prezidentlər İlham Əliyev və Danilo Türk mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Cənab Prezident, Sizi ölkəmizdə bir daha salamlayıram. Sizi görməyimə çox şadam. Bu gün bizim ikitərəfli münasibətlərimizdə çox mühüm bir gündür. Bu, Sloveniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu gün ikitərəfli münasibətlərimizin gələcək inkişafı, regional və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı çox yaxşı müzakirələrimiz baş tutdu. Mən Sizə deyə bilərəm ki, ölkələrimiz arasında əlaqələrin perspektivlərinə dair yaxşı qarşılıqlı anlaşmamız vardır. Bizim çox yaxşı siyasi münasibətlərimiz mövcuddur. Əminəm ki, Sizin, cənab Prezident, ölkəmizə səfəriniz nəticəsində iqtisadi əlaqələrimizi genişləndirəcəyik. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı potensial vardır və Sloveniyadan Sizi müşayiət etmək məqsədi ilə gəlmiş iş adamlarının burada olması bizim ikitərəfli iqtisadi münasibətlərə göstərdikləri maraqdan irəli gəlir. Bu, eyni zamanda bizim birgə iqtisadi fəaliyyətimizin potensialını göstərir. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, onlar bir-birini dəstəkləyən iqtisadiyyatlardır. İqtisadi sahədə nə qədər çox təmaslarımız olarsa, biz özümüzü bir o qədər yaxşı tanıyacağıq və bu əməkdaşlığın praktiki nəticələrinin şahidi olacağıq. İqtisadi fəaliyyət çərçivəsində bir çox sahələr mövcuddur ki, onlar bizim sərmayələr üçün cəlbedici ola bilər. Eyni zamanda, biz turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, sənaye, energetika və digər sahələrdə sərmayə imkanlarını araşdırdıq. Biz bütün sahələrdə əməkdaşlıq edə bilərik və əminəm ki, bunun yaxşı nəticələrini görəcəyik.

Əməkdaşlığımızın mühüm sahələrindən biri, həmçinin energetika sahəsidir və hesab edirik ki, bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər mühüm əhəmiyyət kəsb edir. Çünki biz artıq bir neçə ildir ki, enerji təhlükəsizliyi məsələləri, enerji nəqlinin şaxələndirilməsi sahəsində avropalı tərəfdaşlarımızla işləyirik. Azərbaycan nəhəng neft və qaz yataqlarına və çox müasir nəqletmə infrastrukturuna malik olan ölkə kimi enerji təchizatının şaxələndirilməsində artıq mühüm rol oynayır. Ümidvaram ki, biz gələcək illərdə bu istiqamətdə daha mühüm addımlar atacağıq. Bu həm Avropanın, həm də Azərbaycanın marağındadır. Ona görə enerji amili bizim münasibətlərimizdə çox mühüm önəm daşıyır.

Eyni zamanda, bu gün biz humanitar sahədəki əlaqələrimizi çox geniş şəkildə müzakirə etdik. Xüsusən də, biz mədəni dialoqa toxunduq və ötən cümə günü Lyublyanada mühüm bir beynəlxalq konfransın keçirilməsini bilmək çox maraqlı oldu. Eyni vaxtda, Bakıda da elə bir tədbir keçirilmişdir. Bu tədbir mədəni dialoqa, mədəni mübadiləyə aid olan dini dialoqa və sivilizasiyaların dialoquna həsr olunmuş tədbir idi. Hesab edirik ki, biz belə bir formatda ölkələrimiz arasında bu baxımdan çox möhkəm əlaqələr qura bilərik. Siz Balkan, biz isə Qafqaz regionunda yerləşirik. Bunu nəzərə alaraq, biz xalqların bir-birini yaxşı tanıması və sivilizasiyalararası dialoqun və dinlərarası münasibətlərin praktiki nəticələrini görmək üçün daha yaxşı mühit yarada bilərik.

Bu gün müzakirə etdiyimiz məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Ümumiyyətlə, regional hadisələr nəzərdən keçirildi. Təbii ki, dondurulmuş münaqişələr bu proseslərə təsir göstərir. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. 1994-cü ildən etibarən biz atəşkəs rejimində yaşayırıq. Nə hərb, nə sülh vəziyyətidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub. Ölkəmiz Ermənistanın təcavüzü və işğalından əziyyət çəkir. Bunun nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması nəticəsində ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Eyni zamanda, BMT-nin Baş Məclisində və digər beynəlxalq təşkilatlarının iclaslarında bu cür qətnamələr qəbul olunub. Lakin bunlara baxmayaraq, əfsuslar olsun ki, münaqişə hələ də həll olunmayıb və işğal davam edir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli regiona sülh gətirə bilər, əməkdaşlıq və təhlükəsizliyi təmin edər. Bu əsas maneə aradan qaldırılmalıdır. Ümidvarıq ki, gələn aylar ərzində biz bu sahədə daha çox irəliləyişin şahidi olacağıq. Ümumiyyətlə, regional vəziyyət də müzakirə olunmuşdur. Regionun inkişafı ilə bağlı bizim baxışlarımız üst-üstə düşür. Avropa İttifaqı ilə region dövlətləri arasında əməkdaşlıq və bu yaxınlarda başlanmış “Şərq tərəfdaşlığı” Proqramı əməkdaşlıq üçün yeni imkanlar açır. Mən, yekun olaraq onu bildirmək istəyirəm ki, biz münasibətlərimizdən və onların inkişafından çox məmnunuq. Ümidvaram ki, cənab Prezidentin səfəri qarşılıqlı əməkdaşlıq üçün çox imkanlar açacaqdır.

                                                          X X X

Sloveniya Prezidenti Danilo TÜRK bəyanatla çıxış edərək dedi:

- Çox sağ olun, cənab Prezident!

Siz müzakirələrimizi o qədər dəqiq və düzgün şəkildə təsvir etdiniz ki, mən hesab edirəm, bunun üçün heç bir əlavəyə ehtiyac qalmadı. Hesab edirəm ki, münasibətlərimiz keyfiyyəti və potensialı haqqında söylədiyiniz fikirlər tam yerinə düşür. Biz bundan sonra da çalışmalıyıq ki, əlaqələrimiz daha geniş şəkildə inkişaf etsin. Mən sadəcə onu deməliyəm ki, siyasi əlaqələrimiz sayəsində biz bir-birimizi daha yaxşı anlayırıq. Biz bir-birinə oxşar ölkələrik. Bizim mədəniyyətimizdə, adət-ənənələrimizdə də oxşarlıqlar vardır. Təbii ki, eyni zamanda, suverenlik və müstəqillik uğrunda siyasi tariximizdə də oxşarlıqlar mövcuddur və bu da tariximizin vacib hissələridir. Biz bir-birimizi yaxşı tanıyırıq, anlayırıq və çox şadam ki, bu anlaşma əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı çərçivəni təmin edir.

Bu gün məlumat aldıq ki, ötən həftə mədəniyyət sahəsində, ölkələrimizin mədəni həyatında mühüm tədbirlər keçirilib. Sloveniya mədəni irsin qorunmasına xüsusi diqqət yetirir.

Bizim kimi ölkələrdə və yerləşdiyimiz regionlarda bu addımları atmalıyıq ki, Avropa Şurasının və Avropa İttifaqının amalları daha lazımi şəkildə tətbiq edilsin. Biz bu regiondakı mədəni irsdən xəbərdar olmalıyıq. Fəaliyyətimizi təkcə bununla məhdudlaşdırmalı deyilik. Biz mədəni irsin qorunması və inkişaf etdirilməsində iştirak etməliyik. Bu, eyni zamanda, sülhün möhkəmləndirilməsinə də xidmət edə bilər. Əminik ki, gələcəkdə bu münasibətlər daha geniş şəkildə inkişaf edəcəkdir.

Avropa İttifaqına gəldikdə, Siz bildiyiniz kimi, Avropa İttifaqı nəinki iqtisadi bir klubdur, iqtisadi məkan və ya sırf iqtisadi sistemdir. Bu təşkilat, eyni zamanda, yeni mədəniyyətin formalaşmasına və mədəni adət-ənənələrinin bu tərzdə təşviq edilməsinə xidmət edən bir təşkilatdır. Ona görə də, bu baxımdan biz qarşımızda duran həmin məqsədlərə doğru getməliyik. Bir çox iqtisadi və praktiki məsələlər var ki, biz bugünkü görüşlərimizdə onları nəzərdən keçirdik və gələcəkdə də bu cür müzakirələr davam edə bilər.

Ümid edirik ki, biz artıq vacib əməkdaşlığımızın çərçivəsi üzərində razılığa gəldik. Biz, cənab Prezident, Sizinlə Birgə Bəyanatı imzaladıq. Mən bunu xüsusilə qeyd edirəm ki, bu bəyanat bizim gələcək əməkdaşlığa dair gündəliyimizin konkret mexanizmlərini əks etdirir. Bu gün biz digər mühüm sənədləri imzaladıq. Burada energetika sahəsində, iqtisadi nazirliklərimiz arasında əməkdaşlıq nəzərdə tutulur. Hesab edirik ki, bu, bizim gələcəkdə işlərimizə kifayət dərəcədə yardım edəcəkdir.

Siz qeyd etdiyiniz kimi, mən Bakıya böyük biznes nümayəndə heyəti ilə gəlmişəm. Burada, eyni zamanda, biz həm hökumət rəsmiləri, həm də iş adamları ilə təmaslarımızın genişləndirilməsində maraqlıyıq. Əminəm ki, onlar nəinki yeni təmaslar quracaq, o cümlədən gələcək üçün konkret addımlar atacaqlar. Siz burada bir sıra sahələri xatırlatdınız. Fikrimcə, biz həmin sahələrdə çalışa bilərik. Energetika və enerji nəqlinin şaxələndirilməsi sahələri gələcəkdə nəzərə alına bilər. Biz bilirik ki, Azərbaycanda su elektrik stansiyalarının inkişafı gündəlikdədir və bizim bu sahədə yaxşı təcrübəmiz vardır. Bu sahədə işləyən şirkətlərimizin əməkdaşları nümayəndə heyətində təmsil olunub və mənimlə buraya gəliblər. Əminəm ki, onlar faydalı təmaslar quracaqlar və bu istiqamətdə əməkdaşlığı genişləndirəcəklər. Eyni zamanda, telekommunikasiya, informasiya texnologiyaları, əczaçılıq və digər sahələrdə də işbirliyi qurula bilər.

Çıxışımı yekunlaşdırmazdan əvvəl mən, həmçinin onu qeyd etməliyəm ki, Sloveniya Qafqaz regionunu xarakterizə edən həssas məsələləri yaxşı bilir. Qafqaz regionunda təhlükəsizlik məsələləri, eyni zamanda, Avropada təhlükəsizlik və əməkdaşlığa təsir göstərən məsələlərdir. Biz heç də məmnun deyilik ki, dondurulmuş münaqişələr bu cür uzun müddətdə davam edir. Dağlıq Qarabağ demək olar ki, ən uzun çəkən münaqişələrdən biridir və bu illər ərzində biz həll olunma sahəsində istənilən irəliləyişi görmədik. Münaqişənin həlli prinsipləri artıq keçmişdə müəyyən olunub və onlar çox aydındır. Bu prinsiplər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişənin sülh yolu ilə həll olunma prinsipləridir. Hesab edirik ki, keçmişdə müəyyən irəliləyiş əldə olunub, yəni həll variantının konkret məsələləri müəyyən edilib. İndi bilirik ki, sülh yolu ilə nizamlanma üçün hansı addımların atılması zəruridir. Hazırda güclü siyasi iradəyə ehtiyac duyulur. Mən Bakıda bu tribunadan çıxış edərək demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq müəyyən edilmiş prinsiplər əsasında problemin yekun və birmənalı həlli məqsədi ilə ATƏT-in Minsk qrupu və digər iştirakçıların daha güclü səylər göstərməsinə dəstək veririk. Hesab edirəm ki, biz hamımız, Avropa bu nizamlamada maraqlıyıq və bizim hamımız çoxdan gözlənilən daha güclü səylərin olmasını dəstəkləyirik.

Cənab Prezident, Siz burada əməkdaşlığımızın bütün sahələrinə toxundunuz. Mən onların bir neçəsinə toxunmaq istərdim. Hesab edirəm ki, bu bizim münasibətlərimizdə yeni mərhələnin başlanğıcıdır. Bu fürsətdən istifadə edərək ictimaiyyət qarşısında bəyan edirəm ki, biz də çox istərdik, Siz yaxın zamanda vaxt tapıb Sloveniyaya səfər edəsiniz. Biz dialoqumuzu davam etdirək və müzakirə etdiyimiz bütün əməkdaşlıq sahələrini inkişaf etdirək.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir