Dövlət Baxçalı: Xocalı qətliamı türk millətinə qarşı bəşəri cinayətdir
Ankara, 25 fevral (AZƏRTAC). Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda bildirilir ki, Xocalı qətliamı türk millətinə qarşı bəşəri cinayətdir, bu hadisənin günahkarları daim qatil və cani kimi qiymətləndiriləcəklər.
Xocalı qətliamının XX əsrin ən böyük fəlakət və faciələrindən biri kimi tarixdə qaldığını vurğulayan D. Baxçalı əlavə etmişdir ki, həmin hadisə zamanı azərbaycanlı dinc sakinlər erməni azğınlığı ilə qarşılaşmış, soydaşlarımız ağır və qanlı bir basqınla sarsılmışlar. Daşnak və Hınçak terrorçuları türk millətinə qarşı düşmənçiliklərini göstərmiş, qan tökərək, məsum insanları qətlə yetirmişlər. Soydaşlarımızın namusuna, şərəfinə, həyatına və hüquqlarına qəsd etməyə cürət etmiş erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaqdır.
D. Baxçalı Xocalı qətliamını görmək istəməyənlərin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etmələrini ikiüzlülük kimi dəyərləndirmişdir.
Bəyanatın sonunda deyilir: “Unutmamaq lazımdır ki, “bir millət, iki dövlət” olduğumuz Azərbaycan Cümhuriyyətinin əsarət altında olan Vətən parçasına qovuşması vazkeçilməz və yeri doldurulmaz bir reallıq, zərurətdir. İnşallah, türk millətinin duası, dəstəyi və istəyi də hər zaman bu istiqamətdə olacaqdır”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]