DÖVLƏT BÜDCƏSİNƏ ÖDƏNİŞ 1,6 DƏFƏ ARTMIŞDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsinə ödənişlərin həcmi artmışdır.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin avqustunda dövlət büdcəsinə 9,5 milyon manat vəsait ödənilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.