Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ AYDIN ƏLİYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Dünyada baş verən qlobal maliyyə-iqtisadi böhran şəraitində yola saldığımız 2009-cu ilin birinci yarımilliyi ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərlə müşayiət olunmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyasının Zati-alinizin bilavasitə rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun, məzmun və keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi artım sürətinə görə layiqli mövqeyini qoruyub saxlamaqdadır.

İnamla deyə bilərəm ki, respublikamızın iqtisadi qüdrətinin artırılmasında, dünya iqtisadiyyatına sürətlə inteqrasiyasında gömrük siyasətinin də xüsusi rolu vardır. Büdcə gəlirlərinin formalaşmasında öz fəallığını daim artıran gömrük orqanları əvvəlki illərdə olduğu kimi, 2009-cu ilin birinci yarımilliyini də uğurla başa vurmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq, idxalda tətbiq edilən vergi və rüsumlar toplanaraq, dövlət büdcəsinə köçürülməsi təmin olunmuşdur. 2009-cu ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə cari ilin ilk altı ayı üçün müəyyənləşdirilmiş 639 milyon manat büdcə proqnozuna qarşı 639,7 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoza 100,1 faiz əməl olunmuşdur. Bu, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 75,7 milyon manat və yaxud 13,4 faiz çoxdur. Hesabat dövründəki uğurlar görülən qabaqlayıcı tədbirlərin nəticəsində mümkün olmuşdur.

Ötən dövr ərzində gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə gücləndirilmiş, 1380-dən artıq hüquqpozma faktı aşkar edilərək, təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.

Ölkəmizin gömrük sərhədindən bəşəri problem olan narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq, xüsusən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər üçün)” icrasını təmin etmək məqsədi ilə bu sahədə çalışan kadrların peşəkarlıq səviyyəsi xeyli artırılmış, beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi genişləndirilmişdir. Cari ilin ilk altı ayı ərzində gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 29 fakt (ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 fakt çox) aşkar olunmuşdur. 178 kiloqram narkotik vasitə, o cümlədən 47 kiloqram heroin aşkar edilmişdir. Bütövlükdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 kiloqram çox narkotik və psixotrop maddə tutulmuşdur. Məlumat üçün bildirmək istərdim ki, 2008-ci ildə gömrük orqanları tərəfindən 356 kiloqram narkotik və psixotrop maddə tutulmuşdur.

Həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan-İran-Azərbaycan marşrutu ilə Çin və İtaliyaya daşınma üzrə böyük bir narkokanal aşkar edilərək, 15 nəfərdən ibarət transmilli mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilmişdir.

Hesabat dövründə gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə başlanmış 1305 işə görə 346 hüquqi şəxs, o cümlədən 90 xarici hüquqi şəxs və 916 fiziki şəxs, o cümlədən 417 xarici fiziki şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 242 min manat cərimə sanksiyası tətbiq edilmiş, 166 min manat dəyərində mallar müsadirə olunmuşdur.

Zati-aliləri, ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə əsassız müdaxilə hallarının qarşısının alınması barədə verdiyiniz sərəncam və göstərişlərin davamı olaraq, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqinə dair ötən ilin noyabrında imzaladığınız Fərman xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu Fərman dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılmasında, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün əlverişli şəraitin yaradılmasında mühüm rol oynayır. 2009-cu il yanvar ayının 1-dən tətbiqinə başlanmış “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanı səlahiyyətlərinin Dövlət Gömrük Komitəsinə həvalə edilməsi Zati-alinizin gömrük orqanlarına göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Məlumat üçün bildirmək istərdim ki, Fərman dərc edildikdən dərhal sonra Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq dövlət qurumları ilə birgə mövcud qanunvericilik və digər normativ hüquqi aktlar işlənib hazırlanaraq, Nazirlər Kabinetinə təqdim edilmiş və müvafiq təsdiqini tapmışdır. Hesabat dövründə sərhəd-keçid gömrük orqanları “bir pəncərə” prinsipi əsasında işlərini qurmaqla, xüsusi proqram təminatı ilə fəaliyyət göstərirlər.

Dövlət Gömrük Komitəsi hesabat dövründə beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Dünyanın bir çox qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə əməkdaşlığa və qarşılıqlı yardıma dair sənədlər imzalanmış, böyük əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərdə iştirak etmişik. Hesabat dövründə Azərbaycanda iki beynəlxalq tədbir - Bakıda MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq mühafizə bölmələri başçıları komitəsinin ikinci iclası, Qəbələ şəhərində gömrük xidməti rəhbərlərinin iştirakı ilə 49-cu iclas keçirilmişdir.

2008-ci ildə ölkəmizin Belçika Krallığındakı səfirliyi ilə birgə Brüssel şəhərində “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” adlı kitabların təqdimatı, BMT-nin Cenevrə şəhərindəki bölməsinin qərargahında isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mədəni irsin keşiyində” mövzusunda sərgi keçirilmişdir. Bunun davamı olaraq, 2009-cu ilin aprel ayında Vatikan Dövlətində də həmin kitabların təqdimatı və sərginin açılışı keçirilmişdir.

Bu tədbirlərin başlıca məqsədi Azərbaycanın tarixi və mədəniyyəti ilə yanaşı, xalqımızın tolerantlığı, ulu öndərimiz Heydər Əliyevin qədim İpək yolunun bərpası istiqamətindəki müstəsna xidmətləri, eyni zamanda, ermənilərin XIX əsrdə İrandan Azərbaycana köçürülməsinə dair Rusiya arxivlərində saxlanılan gömrük sənədləri barədə dünya ictimaiyyətinə müfəssəl məlumatların çatdırılması idi.

Cari ilin may ayında Norveç Krallığının Bergen şəhərində keçirilən və 51 ölkənin təmsil olunduğu Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin iştirak etdiyi konfransda Avropa üzrə regional ofisin Azərbaycanda açılması məsələsi qaldırılmışdı. İyun ayında isə Brüssel şəhərində - Dünya Gömrük Təşkilatının baş qərargahında 174 ölkənin iştirakı ilə Gömrük Əməkdaşlığı Şurasının növbəti sessiyasında Dünya Gömrük Təşkilatının Avropa üzrə yeganə regional ofisinin Azərbaycanda açılması təklifi dəstəklənmiş və ofisin Bakı şəhərində təsis edilməsi barədə qərar qəbul olunmuşdur.

Hesabat dövründə Gömrük Komitəsinin və yerli orqanlarının maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Zati-alinizin göstərişi ilə əsaslı tikintisinə başlanmış və beynəlxalq standartlara tam cavab verə biləcək Biləsuvar, Astara, Samur, Mazımçay, Sınıxkörpü sərhəd-keçid məntəqələrində tikinti-quraşdırma işləri başa çatmaqdadır və 2009-cu ildə onların istifadəyə verilməsi üçün bütün zəruri tədbirlər görülür.

Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

2009-cu ilin birinci yarısını uğurla başa vuran respublikanın gömrük xidməti orqanları ilin sonuna qədər bu meyli qoruyub saxlayacaqdır.

Sizi əmin etmək istərdim ki, Dövlət Gömrük Komitəsi və onun yerli orqanları öz işini Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun quraraq, ölkəmizin iqtisadi müstəqilliyinin qorunması, gömrük xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya gömrük xidməti sisteminə inteqrasiya olunması istiqamətində görüləcək işlərlə yanaşı, dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş yüksək büdcə proqnozunun (1 milyard 300 milyon manat) ötən illərdə olduğu kimi, bu il də yerinə yetirilməsini təmin edəcəkdir.

Diqqətinizə görə sağ olun.

                             X X X

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH