CƏMİYYƏT
Dövlət Məşğulluq Agentliyi son bir ayda 1443 şəxsi peşə hazırlığına cəlb edib
![Dövlət Məşğulluq Agentliyi son bir ayda 1443 şəxsi peşə hazırlığına cəlb edib](/files/2023/2/1200x630/16886340784437616782_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda 1443 şəxs peşə hazırlığına cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 805 nəfəri agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 638 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kurslarına cəlb edilib.
Kurslarda IT üzrə texniki dəstək mütəxəssisi, innovativ suvarma, gübrələmə və dərmanlama texnologiyaları üzrə mütəxəssis, nəzarətçi-xəzinədar, dərzi, xalçaçı, elektrik aparat və cihazların sazlayıcısı, insan resursları mütəxəssisi, avtomobil diaqnostikası və təmiri ustası, əməliyyatçı-mühasib və s. peşələr öyrədilir.
Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir və kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]