Dövlət Miqrasiya Xidməti iyul ayı ərzində 8 mindən çox zəngi cavablandırıb
Bakı, 7 avqust, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı mərkəzi tərəfindən 2023-cü ilin iyul ayı ərzində 8858 zəng cavablandırılıb. Onlardan 7595-i Azərbaycan dilində, 1166-sı rus dilində, 97-si isə ingilis dilində cavablandırılıb.
Bu barədə AZƏRTAC-a DMX-nin mətbuat mərkəzindən məlumat verilib.
Qəbul edilən zənglərin 2548-i müvəqqəti yaşama icazəsi, 188-i müvəqqəti olma müddətinin uzadılması, 551-i vətəndaşlıq məsələləri, 1649-u olduğu yer üzrə qeydiyyat, 647-si daimi yaşama icazəsi, 570-i iş icazəsi, 394-ü inzibati xəta, 2311-i isə digər məsələlərlə bağlı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]