Dövlət qurumları arasında keçirilən 3x3 basketbol yarışının qalibləri açıqlanıb
Bakı, 12 may, AZƏRTAC
Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Qadınlar arasında keçirilən yarışın qalibi Gənclər və İdman Nazirliyi olub. İkinci yeri AZAL komandası, üçüncü yeri isə SOCAR komandası tutub. Kişilər arasında isə yarışın çempionu Fövqəladə Hallar Nazirliyi olub. Gənclər və İdman Nazirliyi ikinci, SOCAR isə üçüncü yerə layiq görülüb.