DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 25 fevral (AZƏRTAC). Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, qurumun hərbi hissələrində Xocalı
soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilir.
Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında fevralın 25-də keçirilən tədbirdə şəxsi heyət əvvəlcə dəhşətli faciəni əks etdirən fotosərginin materialları ilə tanış olmuşdur.
Sonra tədbir iştirakçıları faciə zamanı həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev və Milli Məclisin deputatı Gültəkin Hacıbəyli çıxış edərək dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat vermiş, qətliamın səbəb və nəticələri haqqında danışmışlar.
Xüsusi vurğulanmışdır ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və erməni faşizminin ifşası ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə atılmışdır. Dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyulmuşdur.
Tədbirdə insan hüquqlarının kütləvi və kobud surətdə pozulması faktına hələ də beynəlxalq miqyasda hüquqi qiymətin verilmədiyi, ermənilərin işğalçı, şovinist əməllərinə qarşı qəti tədbirlər görülmədiyi təəssüf hissi ilə qeyd edilmiş, ölkə rəhbərliyinin bu istiqamətdəki ardıcıl və uğurlu fəaliyyətinin müsbət nəticə verəcəyinə əminlik ifadə olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]