DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNA DAXİL OLAN MÜRACİƏTLƏRİN BÖYÜK ƏKSƏRİYYƏTİ MDB ÖLKƏLƏRİNDƏNDİR
AZƏRTAC xəbər verir ki, indiyədək Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Beynəlxalq əlaqələr sektoruna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1.447 müraciət daxil olmuşdur.
Bu dövr ərzində MDB-dən 1.344 müraciət alınmışdır. Onların əsas mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi üçün zəruri rəsmi sənədlərlə, konkret hallara dair zəruri ikitərəfli münasibətlərlə bağlıdır.
İkinci yerdə 88 müraciətlə Тürkiyə gəlir. İstəklər, əsasən, iki ölkə arasındakı sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi istiqamətindədir.
Digər Avropa ölkələrindən 35 müraciət qeydə alınmışdır.