DÖVLƏT TAXIL FONDUNA YÜKSƏK KEYFİYYƏTLİ MƏHSUL TƏHVİL VERMƏK ÜÇÜN TƏDARÜK QURUMLARI YARADILMALIDIR
Bakı, 7 sentyabr (AZƏRTAC). Ölkəmizdə istehsal olunan 2 milyon 135 min ton ərzaq buğdasının hələ ki, cəmi 1.008 tonu fermerlərdən Dövlət Taxıl Fondu üçün alınmışdır.
Kənd təsərrüfatı naziri İsmət Abasovun sözlərinə görə, bunun əsas səbəbi istehsal olunan məhsulun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalara uyğun qəbul edilməsidir. Azərbaycanda istehsal olunan taxıl kifayət qədər keyfiyyətlidir. Lakin hökumət tərəfindən tələb olunan şərtləri (qurutma, təmizləmə, çeşidləmə və s.) yerinə yetirməyə, Nazirlər Kabinetinin qərarında göstərilən keyfiyyətdə taxıl təhvil verməyə yerli fermerlərin bəzi hallarda imkanları çatmır. Dünya təcrübəsində də belə hallara təsadüf edilir. Fermerlər taxılı lazımi keyfiyyətə gətirdikdən sonra dəyirmanlara, taxıl fonduna və s. satmalıdırlar.
“Bu məsələlərin həll olunması üçün tədarük qurumları yaradılmalıdır”, - deyən nazir bu qurumların özəl sektor tərəfindən yaradılmasını daha məqsədəuyğun hesab etmiş və bildirmişdir ki, bu, mümkün olmazsa, dövlətin lazımi tədbirlər həyata keçirməsi vacibdir. Tədarük qurumlarının texniki cəhətdən tam təmin edilmiş müəyyən infrastrukturu olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]