Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Bakı, 22 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə böyük uzaqgörənliklə əməkdaşların övladlarının istedadının üzə çıxarılması, yaradıcılıq qabiliyyətinin artırılması, ümumən gənc nəslin mədəni-mənəvi aləminin zənginləşdirilməsi və ölkədə musiqi təhsilinin inkişaf etdirilməsi məqsədi ilə 1967-ci ildə xüsusi musiqi məktəbi təsis edib. Həmin il musiqi məktəbi DTX-nin indiki Mədəniyyət Mərkəzində fəaliyyətə başlayıb.

Bu məktəbdə vaxtilə Ulu Öndərin övladları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sevil xanım Əliyeva musiqi təhsili alıblar.

Yarım əsrlik tarixə malik bu tədris ocağı Azərbaycan musiqi mədəniyyətinin təbliğində xidmətləri olan xeyli sayda incəsənət xadimi və tanınmış ifaçı yetişdirib. Məktəbin uğurlu fəaliyyəti DTX əməkdaşlarının övladları ilə yanaşı, burada təhsil alan digər şagirdlərimizin də milli mədəniyyətimizin və incəsənətin inkişafına töhfə vermək əzminin yüksəldilməsində özünəməxsus rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyev orta musiqi məktəbinin yaradılmasının 50 illiyi ilə əlaqədar məktəbin bir qrup əməkdaşını mükafatlandırıb. Prezidentin bu il dekabrın 19-da imzaladığı sərəncamları ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları - Kərimova Elnurə Camal qızı və Tağıyeva Leyla Əliyevna “Tərəqqi” medalı ilə təltif edilib, Hüseynova Elmira Bahadur qızı, Əsədova Nailə Əsəd qızı və İsmayılov Zakir Xeyrulla oğluna “Əməkdar müəllim” fəxri adı verilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə respublikanın görkəmli ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, müxtəlif dövlət qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək, yaradılmasının 50 illiyi münasibətilə musiqi məktəbinin müəllim-şagird kollektivini təbrik edib, fəaliyyətlərində bundan sonra da uğur qazanmalarını arzulayıb.

General-leytenant Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafı və tanınması sahəsində göstərdiyi misilsiz xidmətlərdən danışaraq bildirib ki, bütün bunlar dahi rəhbərin Azərbaycanı dünyada təmsil edən böyük sənət adamlarına diqqətindən, qayğısından, Vətənə, xalqına sevgisindən irəli gəlirdi. Çünki onun doğma Azərbaycana olan məhəbbəti sonsuz idi.

General-leytenant Mədət Quliyev qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə xalqın milli mənəvi dəyərlərinin qorunması, mədəniyyətin və incəsənətin yüksəlişi sahəsində ölçüyəgəlməz işlər görülür. General-leytenant Mədət Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq arealda milli tariximizin, incəsənətin, musiqinin, o cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün böyük töhfələr verdiyini, möhtəşəm layihələr həyata keçirdiyini bildirib, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda təşkil olunan mədəni tədbirlərin, beynəlxalq musiqi və mahnı müsabiqələrinin dünyaya səs saldığını vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin yaratdığı musiqi məktəbinin bu gün də diqqət mərkəzində olduğunu qeyd edən DTX-nin rəisi Mədət Quliyev Prezident İlham Əliyevin sərəncamları ilə məktəbin əməkdaşlarının yüksək dövlət mükafatlarına layiq görülmələrinin dövlətimizin başçısı tərəfindən mədəniyyətə, incəsənətə və musiqi təhsilinə göstərilən qayğının və verilən ali qiymətin daha bir parlaq nümunəsi olduğunu bildirib və buna görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Sonra general-leytenant Mədət Quliyev Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunmuş musiqi məktəbinin əməkdaşlarına medalları təqdim edib.

DTX-nin rəisi tərəfindən mükafatlandırılan Xalq Artisti Fidan Hacıyeva və Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevə fəxri fərman verilib.

Tədbirdə DTX-nin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Mərasimin bədii hissəsi musiqi məktəbinin 50 illik fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Sonra Mədəniyyət Mərkəzinin böyük zövqlə bəzədilən və göz oxşayan səhnəsində məktəbin şagirdləri tərəfindən maraqlı musiqili kompozisiyalar, səhnəciklər və rəqslər təqdim olunub, məşhur bəstəkarların əsərlərindən hissələr ifa edilib.

Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən məharətlə və yüksək peşəkarlıqla hazırlanan və nümayiş olunan bədii proqram tədbir iştirakçılarında xoş təəssürat yaradaraq alqışlarla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu Afrika ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün yeni imkanlar açır

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans

“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər

Regionda davamlı sülhün qurulması üçün hadisələrə tarixi kontekst çərçivəsində yanaşmaq vacibdir - ŞƏRH

Mayın 11-i "802 Qaynar Xətt"i vətəndaşlara xidmət göstərəcək

“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans

FAO: Apreldə qlobal ərzaq qiymətləri indeksi artıb

Məhkumlara hüquqi yardım göstərilib

Şəhərsalma ilə bağlı ictimai dinləmənin nəticələri aidiyyəti dövlət qurumlarına təqdim olunacaq

Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaqla, həm də uşaqlığıma, gəncliyimə qayıtdım

İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir – ŞƏRH

BDU-da “Azərbaycan” auditoriyası açılıb

AFFA Premyer Liqa və avrokuboklarda iştirak üçün lisenziya verilən klubların siyahısını açıqlayıb

Müasir silahlar, zirehli texnika və yüksək hazırlıqlı şəxsi heyət – Media nümayəndələri Azərbaycan Ordusunun imkanları ilə tanış olublar VİDEO

Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib

Tarixçi-alim: Bakının “Qəhrəman şəhər” adına layiq görülməməsi tarixi ədalətsizlikdir

Vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması məsələlərinə nəzər salınıb

Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb

Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib

SOCAR: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyası xüsusi yer tutur

“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb

“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib

Yaroslav Kovalçuk: Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə seçilir

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

“İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında” 6 №-li illik statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 11 dekabr tarixli 51/01 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək

Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı olub

Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq

Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib

Cənub bölgəsində ekoloji tarazlıq antropogen təsirlər nəticəsində pozulur – tədqiqat

Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”nda 20 komanda mübarizə aparacaq

Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib

AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” - Forum

“Müasirlik və arxaika”: Elmir Mirzəyevin kitabı folklorşünasların tədqiqat müstəvisində

Samuxda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Türkiyə Prezidenti: “SAHA Expo 2026”da 8 milyard dollarlıq ticarət həcminə nail olunub

Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib

ABB İslam maliyyəsi ilə bağlı məhsulunu təqdim etməyə hazırlaşır

ABŞ-nin İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub

Səfir: Belarus ilə Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü 1,5 dəfə artıb

Voleybolçularımız Avropa Liqasına necə hazırlaşırlar? – Təlim-məşq toplanışından REPORTAJ

Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Bolqarıstanda yeni hökumət formalaşıb

Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış

Gürcüstanda hüquq-mühafizə orqanlarının 5 əməldaşı həbs olunub

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Cənubi Qafqazda yeni iqtisadi reallıq: Azərbaycanın enerji siyasəti regionda sabitliyi gücləndirir - AÇIQLAMA

BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium

AZƏRTAC-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

“Əl Ərəbiyə”: Səudiyyə Ərəbistanı hücum hərbi əməliyyatları üçün öz hava məkanından istifadəyə icazə verməyib

Ekspert: Pik saatlarda yüklənmə probleminin azaldılması üçün ictimai nəqliyyat düzgün şaxələndirilməlidir

® “AccessBank” “AmCham” və “Neurotime” süni intellekt hakatonu təşkil edir

Azərbaycan xalqının arxa cəbhədə qələbəyə verdiyi töhfələr misilsizdir - ŞƏRH

Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb

Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

Xınalıqda yenə qar yağır - FOTO  VİDEO

Xınalıqda yenə qar yağır - FOTO VİDEO

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

Naxçıvanda Ümummilli Liderin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır

® “Expressbank”da Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası

Marko Rubio: ABŞ İrandan bu gün cavab alacağını gözləyir

Türk xalqları folklorunda ortaq komik personajlar - elmi seminar

Qəzzanın bərpası onilliklərlə çəkə bilər: cəmi 1 faiz təmizlik işi aparılıb

“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Abbas Əraqçi: ABŞ diplomatik həll yoluna deyil, hərbi macəraya üstünlük verir

Qəbələdə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb

Anaklaudia Rossbax: Azərbaycan WUF13-də həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur - MÜSAHİBƏ

Dövlət müəssisələrinin bazar davranışlarının tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb

® “Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın “Məzun günü” keçirilib

Şabranda vətəndaşların müraciətləri dinlənilib

Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium

İctimai Birlik sədri: Yağış sularından yaşıllıqların suvarılmasında istifadə edilməsi səmərəli olar

ABŞ iraqlı məmuru İrana sanksiyalardan yayınmağa şərait yaratmaqda ittiham edir

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Siyəzəndə sahibkarlar dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib