DSK: Ötən ay 150,5 kiloqram qızıl istehsal edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən ilin dekabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 150,5 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici keçən ilin noyabr ayı ilə müqayisədə 169,6 kiloqram az olub.
Bu il yanvarın 1-nə olan vəziyyətə əsasən, 59,1 kiloqram hazır qızıl ehtiyatı var.