DSMF-nin yanvar-iyul ayları üzrə gəlir və xərcləri açıqlanıb
Bakı, 8 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 289 milyon manat çox olmaqla 4 milyard 665 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281 milyon manat artaraq 3 milyard 712 milyon manat olub.
Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 milyard 380 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 375 milyon manat çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]