DSX: 15 kiloqramdan çox narkotik vasitənin dövlət sərhədindən Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 6-da saat 13:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a DSX-dan məlumat verilib.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 195 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]