Dünya çempionatı: karateçilərimiz komanda yarışında mübarizəni davam etdirirlər
Bakı, 19 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki karate üzrə dünya çempionatında komanda kata və kumite yarışları keçirilir.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın kişilərdən ibarət kumite komandası yarışa Xorvatiyanı məğlub etməklə başlayıb. Hindistan komandasından sonra Yaponiya karateçilərinə də qalib gələn idmançılarımız növbəti mərhələdə Serbiya yığması ilə görüşəcəklər.
Qadın milli komandamız isə ilk görüşdə italiyalı rəqiblərinə uduzub.
Qeyd edək ki, turnirdə karateçilərimizdən İrina Zaretska (68 kq) finala yüksəlib, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Dünya çempionatında Azərbaycanı 17 karateçi təmsil edir.
Yarış noyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]