DÜNYA ÇEMPİONATININ FİNAL MƏRHƏLƏSİNDƏ İŞTİRAK EDƏCƏK DAHA ALTI KOMANDA MÜƏYYƏNLƏŞMİŞDİR
VIII qrupda yarışan Xorvatiya yığması öz meydanında İsveç millisini 1:0 hesabı ilə məğlub etmişdir. Portuqaliya yığma komandası isə III seçmə qrupunda Lixtenşteyn futbolçularına 2:1 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanmışdır. Bu qrupda növbəti vəsiqənin sahibi oktyabrın 12-də Rusiya və Slovakiya komandaları arasında keçiriləcək görüşdə məlum olacaqdır. Sloveniyalılara 1:0 hesabı ilə qalib gələn İtaliya komandası isə V qrupda liderdir. Çexiyanı 2:0 hesabı ilə məğlubiyyətə uğradan Hollandiya yığması finalda yarışmaq hüququ qazanmışdır.
Azərbaycan yığma komandasının yer aldığı VI qrupda isə ilk iki yeri tutan Polşa və İngiltərə komandaları da çempionatın final mərhələsində yarışacaqlar. İngiltərə yığması son oyunda Avstriya futbolçularını 1:0 hesabı ilə məğlub etmişdir.
Dünya çempionatının finalında iştirak edəcək digər komandalar oktyabrın 12-də keçiriləcək görüşlərin yekunlarına əsasən müəyyənləşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]