Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan gənclərinin Ermənistanın Azərbaycana hərbi təcavüzünə və ölkəmizin mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalmaması üçün başlatdığı kampaniyasına müxtəlif ölkələrdən dəstək verilir.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində gənclər ağızlarını skotç lenti ilə bağlayaraq Ermənistanın təcavüzünə və hərbi cinayətlərinə səssiz qalan dünyaya etiraz ismarıclarını çatdırıblar.
Bu kampaniya sosial şəbəkələrdə geniş vüsət aldıqdan sonra ayrı-ayrı ölkələrdə yaşayan insanlar Qarabağın Azərbaycan ərazisi olduğunu və dünya ictimaiyyətinin bu həqiqətə səssiz qalmamasına eyni tərzdə - ağızlarını skotç lenti ilə bağlayaraq çağırış ediblər.