Dünyada ən qocaman olimpiya çempionu vəfat edib
Budapeşt, 23 may, AZƏRTAC
Macarıstan KİV-lərinin verdiyi məlumata görə, 1936-cı ildə olimpiya çempionu olmuş Şandor Tariks 102 yaşında vəfat edib. Həmin olimpiya oyunlarında Şandor Tariks su polosu üzrə Macarıstan yığmasının heyətində qızıl medal qazanmışdır.
Macar çempionun vəfatından sonra hazırda sağ-salamat olan ən qocaman olimpiya çempionu yelkən idmanında olimpiadanın qızıl medalını qazanmış 98 yaşlı Dervard Noulsdur.
Şandor Tariks vəfat etdiyi anda dünyada ən qocaman olimpiya çempionu, habelə müharibədən əvvəlki olimpiya oyunlarının sağ-salamat olan yeganə qalibi idi.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]