Düşərgə iştirakçısı: Dünyamızı daha təmiz saxlamalı və qorumalıyıq
Şəki, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC
İndiyədək “İrəli” İctimai Birlik tərəfindən təşkil edilən bir neçə düşərgədə iştirak etmişəm. Ekologiya ilə bağlı düşərgədə iştirakım isə birinci dəfədir. Belə bir təşəbbüsə görə layihənin təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “İrəli” İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Şəkidə keçirilən “Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi”nin iştirakçısı, Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi Muhəmmədəli Cavadzadə deyib.
Düşərgə iştirakçısı bildirib ki, belə tədbirlərdə iştirak müasir dövrün gənclərini hazırda olduqca aktual olan ekoloji problemlərə daha düzgün yanaşmağa, dünyamızı daha təmiz saxlamağa təşviq edir. “Fürsətdən istifadə edib gənclərə onu tövsiyə edərdim ki, atdığımız zibillərlə təbiətimizi korlandırmayaq. Çünki biz bu dünyanın bir parçasıyıq. Nə ediriksə, özümüzə edirik. Dünyamızı daha təmiz saxlamalı və qorumalıyıq ki, bizdən sonra gələcək gənc nəsillərə də örnək olaq”,- deyə M.Cavadzadə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]
Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR
- 13.06.2026 [15:39]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:26]
Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]