“Əbədiyyətə gedən yollar” qırğız və rus dillərində
Bakı, 24 aprel (AZƏRTAC). Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə professor Zahid Qaralovun yazdığı “Əbədiyyətə gedən yollar” kitabı qırğız və rus dillərində nəşr ediləcəkdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışan kitab 600 səhifədən ibarətdir. Kitabı qırğız dilinə Altınbek İsmailov, rus dilinə isə Mukan Asanaliyevin rəhbərlik etdiyi qrup tərcümə etmişdir. Kitab ulu öndərin anadan olmasının 88 illiyinə gözəl töhfə olacaqdır. Nəşrin məsləhətçiləri Azərbaycan Respublikası Prezident Administrasiyasının bölmə müdiri Qafar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Fizuli Nəcəfov, polkovnik Səftər Hacıyevdir və YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhməd Hüseynovdur.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitablar Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda və digər Orta Asiya Ölkələrində pulsuz yayılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]