Ədalətsiz düzəlişin tətbiqi 33 ildən sonra dayandırıldı VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə gərginlik yaradan 907-ci düzəliş tarixə qovuşdu. ABŞ Konqresi tərəfindən 1992-ci ilin oktyabrından etibarən “Azadlığı Müdafiə Aktı”na edilən 907-ci düzəlişlə Birləşmiş Ştatların Azərbaycana birbaşa yardımı qadağan edilirdi. Bununla Azərbaycan postsovet məkanında ABŞ-ın yardımını və dəstəyini birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrilmişdi. Bu, həmin vaxt Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalan Azərbaycana qarşı görünməmiş tarixi ədalətsizlik idi. Azərbaycan-ABŞ münasibətlərinə kölgə salan, ikitərəfli əlaqələrdə gərginlik yaradan bu müddəanın 33 ildən sonra ləğvi, bu ədalətsiz düzəlişin tətbiqinin dayandırılması Azərbaycan diplomatiyasının tarixi uğurudur.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.