Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əfqanıstan müharibəsi veteranlarının bir qrupu cəbhə bölgələrinə yola düşüb

Bakı, 11 avqust, AZƏRTAC

Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Şəhidlər xiyabanını ziyarət edərək cəbhə bölgələrinə yola düşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sıralarında üç min nəfərdən çox veteranı birləşdirən “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin fəaliyyətində əsas istiqamətlərdən biri gənclərin orduya hazırlanması, hərbi vətənpərvərlik tərbiyəsi, xüsusilə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində məqsədyönlü işin aparılmasıdır.

Təşkilatın sədri Məhəmməd Vəliyev cəbhə bölgələrinə yola düşməzdən əvvəl deyib ki, digər qeyri-hökumət təşkilatları kimi bizim ictimai birlik də ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Müvafiq nazirlik və komitələr böyük kömək edirlər. Bu günlərdə təşkilatımıza yeni ofis də verilib. Biz də çalışırıq ki, həmişə, hər yerdə xalqımıza, dövlətimizə sədaqət nümunələri göstərək.

Ümummilli lider Heydər Əliyev biz Əfqanıstan müharibəsi veteranlarını böyük qüvvə kimi qiymətləndirərdi. 1993-cü il noyabrın 2-də Ulu Öndər Azərbaycan televiziyası və radiosu vasitəsilə xalqa müraciət edəndə dahi rəhbərimizin səsinə ilk səs verənlər məhz Əfqanıstan müharibəsi veteranları olub. İki gün sonra bizi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində qəbul edən əbədiyaşar Ali Baş Komandanımızın o vaxt dediyi sözləri heç vaxt unutmuruq: “Əgər Azərbaycan oğulları, Azərbaycanın yetirmələri başqa bir ölkədə, sovet ordusu tərkibində vuruşa bilirdilərsə, qəhrəmanlıq nümunələri göstərə bilirdilərsə, deməli, onlar öz torpaqlarını daha cəsarətlə, ürəklə qoruya bilər və torpaqlarımız uğrunda döyüşə bilərlər”.

Bəli, biz o gün xalqımızı və dövlətimizi min cür bəlalardan xilas edən Ulu Öndərimizdən xeyir-dua alaraq Qarabağ uğrunda döyüşlərə yollandıq. Şəhidlərimiz də az olmadı. Səkkiz nəfər silahdaşımız Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Onlarla Azərbaycan əfqanı müstəqil dövlətimizin yüksək döyüş orden və medalları ilə təltif olundu. Hazırda Silahlı Qüvvələrin sıralarında, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətlərinin tərkibində də Əfqanıstan müharibəsi veteranları kifayət qədərdir və biz Ali Baş Komandanın əmrlərinə hər an hazırıq.

M.Vəliyev cəbhə bölgələrinə növbəti səfərlə bağlı vurğulayıb ki, son vaxtlar cəbhədə Ermənistan silahlı bölmələri daha da fəallaşıb. Hər gün atəşkəs rejimi dəfələrlə pozulur. Lakin Azərbaycan əsgəri qəhrəmanlıq nümunələri göstərərək cavab atəşi ilə düşməni susdurur, kəşfiyyat-təxribat qrupları əvvəlcədən aşkarlanaraq qarşısı mərdliklə alınır. Təxribat uçuşları edərək hava məkanımıza daxil olmuş düşmən helikopterinin vurulması, bir neçə pilotsuz uçuş aparatının məhv edilməsi bütün xalqımız kimi bizi də sevindirir. Fəxr edirik ki, ordu quruculuğu məsələləri Ali Baş Komandanımızın fəaliyyətində prioritetdir. Biz fəxr edirik ki, Müdafiə Nazirliyi rəhbərliyinin səsi-sorağı mütəmadi olaraq cəbhə bölgələrindən, ön səngərdən gəlir. Həm ordumuz, həm də xalqımız işğal olunmuş torpaqlarımızı tezliklə azad etmək əzmi ilə yaşayır. Prezident İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun son vaxtlar səsləndirdikləri fikirlər bizi yenidən hərəkətə gətirib. Tətilimizi yarımçıq qoyaraq bu gün cəbhə bölgəsində, Azərbaycan əsgərinin yanında, onunla bir yerdə ön səngərdə olmağı qərara almışıq.

Əfqanıstan müharibəsi veteranlarını cəbhəboyu bölgələrdə müşayiət edəcək Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani isə bildirib ki, bir həftə davam edəcək bu səfər zamanı cəbhə bölgələrindəki hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhali ilə görüşlər təşkil olunacaq, Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Əfqanıstan müharibəsi veteranları olan Milli qəhrəmanlar anılacaq, peşəkar veteranlar müxtəlif hərbi ixtisaslar üzrə gənc əsgərlərlə məşğələlər keçəcək, birgə təlimlərə qatılacaq, ayrı-ayrı postlarda gecə döyüş növbəsində duracaqlar. Bütün bunlar hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə və qarşıya qoyulmuş müqəddəs vəzifələrin qələbə ilə nəticələnəcəyinə yönəldilmiş tədbirlərdir.

Veteranlardan iki dəfə “Qırmızı bayraq” ordenli, ehtiyatda olan polkovnik-leytenant Şakir Əhmədov, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, “Qırmızı ulduz” ordenli Əbülfət Hüseynov və Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov əminliklə bildiriblər ki, Əfqanıstan müharibəsi veteranlarının cəbhəboyu bölgələrə bu səfərləri həm Vətən müdafiəçilərinin, həm də veteranların həyatında unudulmaz hadisəyə çevriləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır