ƏHALİNİN ƏRZAQ BUĞDASINA TƏLƏBATI DAXİLİ İSTEHSAL HESABINA TƏMİN EDİLİR
Bakı, 8 sentyabr (AZƏRTAC). Taxıl mövsümü yekunlaşmaq üzrədir. Dövlətimizin aqrar sahəyə göstərdiyi diqqət və qayğı sayəsində bu il taxıl istehsalında rekord göstərici əldə olunacağı proqnozlaşdırılır.
Bu barədə məlumat verən kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, cari ildə təxminən 3 milyon ton payızlıq və yazlıq dənli, dənli-paxlalı məhsulların istehsalı gözlənilir. Son günlər hava şəraitinin əlverişsiz keçməsi üzündən məhsuldarlıq təxminən 40 min ton aşağı ola bilər. Buna baxmayaraq, cari ildə artıq 2 milyon 135 min ton ərzaq buğdası istehsal edilmişdir. Bu, rekord göstəricidir. Artıq deməyə əsas vardır ki, respublikamız əhalisinin ərzaq buğdasına olan tələbatını daxili istehsal hesabına tam təmin edir. Ölkəmizdə buğdaya olan illik tələbat hazırda 1 milyon 600 min ton, və ya adambaşına 180 kiloqramdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]