Ekoaksiya: BQXK-yə məxsus avtomobillər Xankəndiyə qayıdıb
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Dinc aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçməklə Laçın istiqamətində gedən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geri qayıdıb.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-yə aid 6 minik avtomobili bu dəqiqələrdə Xankəndiyə keçib.
Ekofəallar həmişəki kimi, bu gün də ərazidən humanitar məqsədlər üçün istifadəyə mütəmadi şərait yaradıblar.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.
Bu gün hazırkı vaxtadək aksiyanın təşkil olunduğu ərazidən 57 avtomobil sərbəst keçib.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 74 gündür davam edir.