SİYASƏT
Ekoaksiya: Sülhməramlılara aid avtomobil ərazidən sərbəst keçib
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus bir avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, minik avtomobilinin Laçından Xankəndi istiqamətində hərəkətinə şərait yaradılıb.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 74-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, dünən sülhməramlıların 86 avtomobilinin ərazidən sərbəst keçidi təmin olunub.