“Ekol Mühəndislik Xidmətləri” QSC növbəti iməcilik keçirmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirmişlər ki, qurum Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə “Ekologiya ili” çərçivəsində yaşıllaşdırma sahəsində məqsədli tədbirlər həyata keçirir.
Payız mövsümü ilə əlaqədar QSC istehsalat sahələrində geniş ağacəkmə kampaniyasına başlamışdır. İməcilik “Azneft” İstehsalat Birliyi ilə birgə Qala qəsəbəsindəki Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində həyata keçirilmiş və 500-dən çox müxtəlif növ ağac əkilmişdir.
Bundan əlavə, QSC-nin üzvləri Xətai rayonundakı Bakı “SOS” Uşaq Kəndi ərazisində təşkil edilən iməcilikdə də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]