Ekologiya İdarəsinin internet saytında elektron ekoloji kitabxana yaradılmışdır
Bakı, 16 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin internet saytında elektron ekoloji kitabxananın yaradılması məqsədi ilə 2008-ci ildən başlayaraq beynəlxalq neft şirkətləri ilə sıx əməkdaşlıq qurulmuş və elektron kitabxana üçün zəruri materiallar toplanmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bp şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, 30-a yaxın kitab və buklet elektron variantda Ekologiya İdarəsinə verilmişdir. Onların arasında Azərbaycanın biomüxtəlifliyi, Abşeron yarımadasının fauna və florası, Xəzər dənizinin su quşları haqqında və digər məlumatlar yer almışdır. Yaxın zamanda elektron ekoloji kitabxanada ARDNŞ-in ekoloji layihələri, Ekologiya İdarəsinin fəaliyyəti haqqında təqdimatlar, jurnallar, ekoloji ölçmə və tullantıların idarə olunması, ekoloji monitorinq və yaşıllaşdırma departamentlərinin hesabatları, eləcə də elmi məqalələr yerləşdiriləcəkdir.
Elektron kitabxanada, həmçinin bp, UNEP və digər beynəlxalq şirkətlərin təqdim etdiyi materiallardan istifadə olunmuşdur. Daim yenilənən elektron ekoloji kitabxana daha da zənginləşdiriləcək və ictimaiyyət üçün açıq olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]