“Ekologiya ili”ndə 522 hektar ərazidə meşə salınmışdır
Naxçıvan, 6 fevral (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasında nazir Hafiz Yaqubov demişdir ki, ölkəmizdə “Ekologiya ili” elan edilmiş 2010-cu ildə regionun 522 hektardan çox ərazisində meşəsalma, meşəbərpa işləri həyata keçirilmiş, 585 mindən çox ağac və bəzək kolları əkilmişdir. Ting yetişdirilməsi sahəsində aparılan işlərin yaşıllaşdırma tədbirlərində əhəmiyyəti nəzərə alınaraq ötən il 500 mindən çox müxtəlif növ ağac tingi yetişdirilmiş, bunların 300 mini əkin üçün istifadə edilmişdir.
Hesabat ilində balıq ehtiyatlarından, meşə fondu torpaqlarından qanunsuz istifadəyə görə 8 inzibati cərimə tətbiq edilmiş, 5900 manat dövlət büdcəsinə ödənilmişdir. Təbii sərvətlərdən istifadə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə 32 müəssisəyə 16 min 713 manat məbləğində ekoloji ödəmə haqları tətbiq edilmiş və icrası təmin olunmuşdur. Xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilmiş, onların sahəsi 2000-ci ildən etibarən 40 min hektardan 148 min 816 hektaradək artırılmışdır. Hazırda 1 milli park, 1 qoruq, 3 yasaqlıqdan ibarət bu şəbəkə muxtar respublika ərazisinin 27 faizini əhatə edir.
Nadir, nəsli kəsilmək təhlükəsi olan flora və fauna növlərinin xüsusi mühafizə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitab”ı hazırlanaraq çap edilmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]