Azərbaycan Dövlət İnformasiya Agentliyi

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYNQULU BAĞIROVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Hörmətli iclas iştirakçıları!

Ulu öndərimizin öz xalqına əmanəti olan müstəqil Azərbaycan möhkəm özül üzərində qurulmuşdur. Cənab Prezident, Sizin mükəmməl strategiyanız, bu strategiyanı həyata keçirmək üçün apardığınız mücadilə, Sizə xas olan iradə, qətiyyət və tələbkarlıq bu gün öz bəhrələrini verməkdədir. Proseslərin Sizin nümayiş etdirdiyiniz dəqiq təhlili və bu əsasda apardığınız dinamik siyasət ölkəmizi başqalarının öhdəsindən gələ bilmədiyi təhdidlərdən qoruyur.

Bunun nəticəsidir ki, Azərbaycan bütün dünyanı lərzəyə salan maliyyə böhranının öhdəsindən gəlir və inkişafını davam etdirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan getdikcə müasir, güclü, dinamik dövlətə çevrilir. Bu baxımdan ekoloji sahəyə ayırdığınız diqqət hətta beynəlxalq miqyasda xüsusi maraq doğurur.

Sizin qarşımıza qoyduğunuz tapşırıqların yerinə yetirilməsinə gündəlik qayğı və diqqətiniz Azərbaycan üçün tamamilə yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.

Bilavasitə Sizin təşəbbüsünüzlə başlanmış və getdikcə vüsət alan və uğurlu proqrama çevrilən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması layihəsi o qədər səmərəli oldu ki, bununla bağlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində BMT baş katibinin su və sanitariya məsələləri üzrə Məşvərətçi Şurasının 12-ci toplantısı çərçivəsində Nazirlər Konfransında Azərbaycan əsas məruzə ilə çıxış etməyə dəvət olundu. Azərbaycanın bu sahədəki təcrübəsi iştirakçıların marağına və müzakirələrinə səbəb olmuşdur.

Möhtərəm Prezident!

Sizin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar Sərəncamınıza əsasən, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, nəticədə 224 min nəfər əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Bu qurğulardan 36-sı 2009-cu ilin birinci yarısında istifadəyə verilmişdir. Bu istiqamətdə işlər davam edir. 2009-cu il üçün Sizin xüsusi Sərəncamınızla ayrılmış 12 milyon manat vəsait hesabına hazırda 17 rayonun 63 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri gedir.

Sizin bu sahədəki sərəncamlarınız hazırda ümumilikdə 537 min nəfər əhalini əhatə edir. Lakin bütövlükdə Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən, çaylardan istifadə edən və su ilə bağlı problemləri olan hər bir kəsin keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıq vermisiniz ki, bu da 1 milyon adamı əhatə edəcəkdir.

Sizin tapşırığınızla, Xəzər sahilində yerləşən və müvafiq su mənbəyi olmayan yaşayış məntəqələrində əhalinin dəniz suyunun şirinləşdirilməsi hesabına təmiz su ilə təmin edilməsi, o cümlədən təsərrüfat məqsədləri üçün istifadə olunması üzrə pilot layihə də hazırlanır. Bu, bizə Xəzər dənizinin imkanlarından istifadə edərək, ölkəmizi gələcəkdə su qıtlığı ilə bağlı təhlükələrdən səmərəli surətdə mühafizə etmək imkanları verəcəkdir.

Sizin təşəbbüsünüzlə və tapşırığınızla həyata keçirilən Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı uğurlu proqram çərçivəsində 2009-cu il ərzində Abşeron yarımadasında “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin daha 6 stansiyası istifadəyə verilmiş, bununla da Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı və Novxanıya qədər sahilboyu ərazilərdə modul tipli təmizləyici qurğular quraşdırılmış stansiyaların sayı 16-ya çatdırılmışdır. Bu da gün ərzində 6140 kubmetr çirkab suyu təmizləməyə imkan verir. Həmin yaşayış məntəqələrində kanalizasiya şəbəkəsi yoxdur və çirkab sular istər-istəməz həyətlərdəki quyulardan dəniz suyuna qarışırdı. İndi isə həmin ərazilərdə ekoloji mühit əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Məhz bunun nəticəsidir ki, müşahidələrimizə əsasən, sahillərdə dəniz suyunun keyfiyyəti ilə bağlı baş ağrısına çevrilmiş problem də bu ərazilərdə həll olunmuşdur. Səhiyyə Nazirliyinin orqanları tərəfindən aparılmış araşdırmalar da göstərir ki, Pirallahıdan Novxanıyadək 86 km məsafədə dənizin suyu son 20-25 ildə ilk dəfədir ki, tamamilə təmizdir.

Hörmətli cənab Prezident!

Siz ətraf mühitlə bağlı tədbirləri ardıcıl dəstəkləyərək, nəhəng yaşıllaşdırma təşəbbüsləri ilə də çıxış etmisiniz. Sizin tapşırığınızla artıq bir neçə istiqamətdə bu işlər başlanmışdır və uğurla davam etdirilir.

Ələt-Hacıqabul magistral avtomobil yolu ətrafında 172 min ədəd ağac və kol əkilmiş, müasir damcı suvarma sistemi yaradılmış və nəticədə 90 faiz bitişə nail olunmuşdur. Hətta bədbinlərin həmin ərazidə ağac bitməyəcəyi barədə fikirlərinin əksinə olaraq, indi cəmi bir il əvvəl əkilmiş bəzi ağacların kölgəsində daldalanmaq mümkündür. 2009-cu ilin altı ayında burada daha 2 hektar ərazidə yaşıllaşdırma işləri aparılmış, bütün əkinlərə aqrotexniki qulluq göstərilmişdir.

Eyni prinsiplərlə Zığ-Heydər Əliyev adına beynəlxalq hava limanı yolu boyu 196 hektar ərazidə 230 min ədəd ağac və kol əkilmişdir. Onların bir qismi xaricdən gətirilən və bizim zeytun sahələrinin növ çeşidini genişləndirmək üçün istifadə olunan zeytun ağaclarıdır. Mürəkkəb şəraitdə, neft məhsulları, yod və bromla çirklənmiş torpaqlarda əkilmiş ağaclara lazımi qulluq göstərilməsi sayəsində onların 80 faizdən çoxunun bitməsi müşahidə olunur.

Eyni zamanda, Əzizbəyov dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı yolu boyunca 22 hektar sahədə yaşıllaşdırma işləri aparılmışdır. Burada 10 hektarda dekorativ ağaclar əkilmiş, 32 hektar sahədə isə böyük tikinti-quraşdırma işləri zamanı zədələnmiş yaşıllıqda bərpa işləri aparılmışdır.

Hər iki ərazidə suvarma sistemləri yaradılmışdır. Bu məqsədlə qazılmış 25 artezian quyusu ilə bərabər, Bülbülə gölünün suyundan da istifadə olunması suvarma suyu ilə bağlı problemi həll etməyə, eyni zamanda, gölün səviyyəsini də tənzimləməyə imkan verir.

Ulu öndərimiz Heydər Əliyevin qoyduğu gözəl ənənə - Bakı və Abşeron yarımadasının başdan-başa yaşıllaşdırılması bu gün də Sizin rəhbərliyiniz altında davam etdirilir. Sizin qısa müddət ərzində Bakıda və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsünüz də beynəlxalq ekoloji ictimaiyyətdə ciddi marağa səbəb olmuşdur. Bir sıra beynəlxalq ekoloji təşkilatlar da bizim nazirliyə bu təşəbbüsə qoşulmaq arzusunda olduqlarını bildirmişlər. Əslində, bu təşəbbüs 100 ildən çox müddətdə formalaşmış Abşeron yaşıllıqlarının çox qısa zamanda, demək olar ki, ikiqat artırılması deməkdir. Bu məqsədlə Abşeron yarımadasının 11 ərazisində yer seçilmiş, Zığ gölü ətrafının, habelə keçmiş “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yerinin yaşıllaşdırılması layihələri hazırlanmışdır.

Eyni zamanda, Zığ-Heydər Əliyev adına beynəlxalq hava limanı yolu boyunca yaşıllığın genişləndirilməsi, Binə-Zirə yolunun, Kürdəxanı və Səngəçal qəsəbələrinin ətrafının yaşıllaşdırılması layihələri də hazırlanır və qısa zamanda başa çatdırılacaqdır.

Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsində də ciddi tədbirlər görülməkdədir. Toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin yaradılması sahəsindəki göstəricilər durmadan artır. Ümumilikdə, 2003-cü ildən bəri 58 min 964 hektar sahədə yeni meşələr salınmışdır. Təkcə 2009-cu ilin altı ayı ərzində, yəni yaz mövsümündə 1383 hektar sahədə meşəbərpa işləri aparılmış, 29 min hektar əraziyə aqrotexniki qulluq göstərilmişdir.

Hörmətli cənab Prezident!

Həyata keçirilməsi çətin olan, texniki cəhətdən mürəkkəb, lakin onilliklərlə gələcəyə yönəlmiş və tapşırığınızla reallaşdırılan layihələrdən biri də “Azərbaycan Respublikasının yüksək dağlıq ərazisində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaradılması” layihəsidir. Ümumiyyətlə, bu, Azərbaycanda çağırış kimi, dövrün qoyduğu çətinliklərə sinə gərmək kimi səslənən bir çox layihələrin içində kiçik görünsə də, maraqlı bir layihədir. Bu layihənin icrası üçün Şahdağ-Tufandağ ərazilərində, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi üzrə Mərkəz artıq inşa edilir. Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin tərkib hissəsi kimi, Tufandağın ən uca nöqtəsində - 4192 metr yüksəklikdə və Şahdağ zirvəsində - 4250 metr hündürlükdə Avropada ən yüksək sayılacaq 2 kompleks avtomatik meteoroloji stansiyanın quraşdırılmasına hazırlıq işləri gedir. Eyni zamanda, ərazinin müxtəlif nöqtələrində quraşdırılacaq veb-kameralar sayəsində qiymətli məlumatlar əldə etməklə bərabər, hər bir Azərbaycan vətəndaşı internet vasitəsilə həmin əraziləri canlı rejimdə görə biləcəkdir. Bütün kompleksin avtonom rejimdə fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün burada günəş və külək generatorlarından istifadə olunacaqdır.

Cənab Prezident!

Apardığınız siyasət nəticəsində təmin olunmuş yüksək iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün nazirliyin tərkibində olan geologiya xidməti axtarış-kəşfiyyat işlərində ciddi nəticələr əldə etmişdir. Baş Qafqazın cənub yamacında, Kiçik Qafqazda, Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış axtarış işləri nəticəsində əlvan və nəcib metallar yataqları ilə bağlı bir sıra perspektivli sahələr aşkar edilmişdir. Bu yaxınlarda Sizin iştirakınızla istifadəyə verilmiş Gədəbəy qızıl-mis emalı zavodunda artıq 1000 unsiya qızıl saflaşdırılmaq üçün hazırdır.

Bir neçə gün bundan əvvəl isə son 5 ildə aparılmış geoloji axtarış işləri nəticəsində yüksək perspektivliyi ilə fərqlənən Göygöl filiz sahəsində qızıl və gümüşün proqnoz ehtiyatlarının hesablanması başa çatmış və bu sahənin ölkəmizdə ən iri yataqlardan biri olduğu aşkarlanmışdır.

Sonuncu iclasda ağacların qırılması hallarının qarşısının alınması ilə bağlı tapşırığınıza ciddi reaksiya verilmiş, yaşıllıqların mühafizəsində dönüş yaradılmışdır. Təkcə son bir neçə ayda bununla bağlı 390 akt və protokol tərtib edilmiş, 30 icrası məcburi olan göstəriş verilmış, 54 min manat cərimə tətbiq edilmişdir. Bu müddətdə 31 min manat məbləğində iddia qaldırılmış, 27 iş hüquq mühafizə orqanlarına göndərilmiş, 43 min manat məbləğində 90 iş məhkəmədə baxılmaq üçün göndərilmişdir.

Möhtərəm cənab Prezident, ətraf mühitin mühafizəsi sahəsində ulu öndərimizin əsasını qoyduğu siyasətin bu gün Sizin bilavasitə rəhbərliyinizlə uğurla davam etdirilməsi, bu sahədə görülmüş mühüm işlər, həyata keçirilən ardıcıl tədbirlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də yeni nailiyyətlərin əldə edilməsi üçün şərait yaratmışdır.

Cənab Prezident!

Çıxışımı yekunlaşdıraraq, Sizi əmin etmək istərdim ki, ölkəmizin, xalqımızın inkişafına yönəlmiş bütün tapşırıqlarınız çoxminli kollektivimiz tərəfindən bundan sonra da təxirə salınmadan icra ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH