Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümünün başlanması münasibətilə ağacəkmə kampaniyasına start vermişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Payız mövsümünün başlanması münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ - Heydər Əliyev adına Beynəlxalq hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində kütləvi ağacəkmə aksiyası keçirilmişdir.
Nazir Hüseynqulu Bağırovun da iştirak etdiyi aksiyada qurumun əməkdaşları və jurnalistlərin iştirakı ilə 7000-ə yaxın ağac əkilmişdir. H.Bağırov məlumat vermişdir ki, ərazidə əkilmiş ağacların 90-95 faizi tutmuşdur. Gələn ilin sonuna qədər bu ərazidə 902 hektar yaşıllaşdırma aparılacaqdır. Ağacların əkilməsi ilə yanaşı onlara davamlı olaraq qayğı göstərilməsi də diqqət mərkəzində saxlanılır. Hazırda Ələt-Salyan, Bakı-Quba, Ələt-Hacıqabul, Bakı- Şamaxı yollarında da ağacəkmə kampaniyası keçirilir. Payız mövsümünün başlanması münasibətilə artıq 28 min ağac əkilmişdir. Mövsümün sonuna qədər bu rəqəm 100 mini keçəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]